Azərbaycanda “Əmək” ordeni təsis ediləcəkbackend

Azərbaycanda “Əmək” ordeni təsis ediləcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bunu prezident İlham Əliyev Sabirabadda pambıqçılığın inkişafı məsələlərinə dair respublika müşavirəsində yekun nitqində deyib.

Dövlət başçısı müxtəlif sahələrdə yaxşı göstəricilər nümayiş etdirən insanların ordenlərlə, medallarla təltif edilməsinin vacibliyini vurğulayıb: “Hesab edirəm ki, biz bu ənənəni bərpa etməliyik. Göstəriş verirəm, Prezident Administrasiyası bu məsələ ilə bağlı öz təkliflərini mənə təqdim etsin. “Əmək” ordeninin bir neçə dərəcəsi ola bilər. Əgər yaxşı nəticələr olsa, birinci ordeni biz pambıqçılara təqdim edə bilərik”.

İnterpress.az