İsrail Rusiya və Ukrayna vətəndaşlarının girişinə nəzarəti GÜCLƏNDİRDİbackend

İsrail Rusiya və Ukrayna vətəndaşlarının girişinə nəzarəti GÜCLƏNDİRDİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İsrail Rusiya və Ukrayna vətəndaşları üçün sərhəd yoxlamalarını sərtləşdirib.

İnterpress.az xəbər verir ki, bu barədə “Ynet” məlumat yayıb.

İsrailə daxil olan Rusiya və Ukrayna vətəndaşlarının bəzi hallarda saatlarla yoxlanıldığı bildirilir.

Sərhədçilər səfərin məqsədi, ölkədə qalınacaq yer, iş, gəlir və sərnişinin üzərindəki pul barədə suallar verir, zərurət yarandıqda Rusiyadakı yaşayış yeri və işlə bağlı sənədlər də tələb olunur.

Məlumata görə, əlavə yoxlama zamanı sərnişinin pasportu götürülərək 10 dəqiqədən 6 saata qədər gözlədilməsi mümkündür.

Şübhə yarandıqda otellə əlaqə saxlanıla, sərnişinin barəsində qanunsuz işləmək və ya ölkədə qalmaq niyyəti olduğu qənaətinə gəlinərsə, ölkəyə girişinə icazə verilməyərək geri göndərilə bilər.

İsrailin rəsmi məlumatlarına görə, 2023-2025-ci illərdə ölkəyə 43 548 xarici vətəndaşın girişinə icazə verilməyib.

Xuraman Etibarlı

İnterpress.az