APA-nın məlumatına görə, Bakı Şəhər İcra Hakimiyyəti ilə razılaşdırılmış aksiya bu il sentyabrın 26-da keçiriləcək referendumla bağlıdır.
Aksiyada təhlükəsizlik tədbirləri Bakı Şəhər Baş Polis İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilir.
***
Musavat.com-un məlumatına görə, mitinqin keçirilməsinə Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən razılıq verilib.
Mitinq bu gün saat 15:00-da başlayacaq və 17:00-dək davam edəcək.
Mitinqin Yasamal rayonundakı İdman Sağlamlıq Kompleksinin stadionunda (keçmiş \”Məhsul\”) keçirilməsi planlaşdırılıb.
İnterpress.az