Bunu Rusiyanın BMT-dəki daimi nümayəndəsi Vitali Çurkin ABŞ-ın Əsəd qüvvələrinə qarşı təşkil etdiyi əməliyyata münasibət bildirərkən deyib.
“ABŞ-ın belə bir hücumu başlatması çox şübhəlidir. Vaşinqton İŞİD-lə mübarizə aparmaq əvəzinə Suriyada hökumət dəyişikliyinə çalışır. İŞİD Palmiranı işğal edəndə ABŞ qüvvələri heç bir tədbir görmədi. Bu yolla ABŞ Suriyada xaosu saxlaşamağ çalışa bilər”, – rusiyalı diplomat qeyd edib.
Çurkin Suriya ordusuna aid mövqelərin düşünülmüş şəkildə hədəfə alınmasını istisna etməyib.
Xatırladaq ki, dünən ABŞ-a məxsus qırıcılar Suriyanın Deyr-əz-Zor şəhərində İŞİD-lə döyüşən Əsəd qüvvələrini bombalayıb. Hava hücumu zamanı Suriya ordusundan 62 əsgər həlak olub, 100 nəfər yaralanıb.
Hadisədən sonra ABŞ Mərkəzi Qüvvələr Komandanlığı (CENTCOM) hücumun səhvən baş verdiyini açıqlayıb
iNTERPRESS.AZ