Avtomobilə artıq sərnişin mindirməyin – VİDEObackend

Avtomobilə artıq sərnişin mindirməyin – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Əksər sürücülər də elə bu sürücülər kimi qanunun tələbinə əməl etmirlər və avtomobillərinə normadan artıq insan mindirirlər.

Ekspertlər isə deyirlər ki, bütün avtomobillərin texniki pasportunda həmin avtomobillərə nə qədər sərnişinin minməsi barədə məlumat göstərilir. Həmin saydan artıq sərnişinin avtomobilə mindirilməsi qanunun tələbinin pozulmasına gətirib çıxarır. Avtomobillərə normadan artıq insanın mindirilməsi həm sərnişinlərin olduqca narahat olmasına, həm də qəza anında daha ağır nəticələrin yaranmasına gətirib çıxarır.

Azər Allahverənovun sözlərinə görə, belə hallara yol verən sürücülər üçün inzibati xətalar məcəlləsində müəyyən cərimə sanksiyaları da nəzərdə tutulub.
Ekspert deyir ki, 12 yaşadək uşaqların avtomobilə mindirilməsi zamanı bu tələb nəzərə alınmır. (xezerxeber)

İnterpress.az