Azərbaycanda vahid parklama qiyməti olacaq?backend

Azərbaycanda vahid parklama qiyməti olacaq?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakıda avtomobili parketmə problemi həllini tapmaq üzrədir. Məsələn, paytaxtın mərkəzində bir çox ərazilərdə parkomatlar quraşdırıldı. Bunununla da sürüclərin bir qisminin həm ciblərinə girən “parkovşik”lərdən canları qurtarmış, həm də qanunsuz parklama yeri problemindən xilas oldular. Sürücülər, Parkomatların ərazisində saxlama etdiyi zaman çərçivəsində ödəniş edir, lakin qiymət məsələsinə gəldikdə isə, fikirlər birmənalı deyil…

Bəs görəsən parklanmada vahid ödəniş sistemi təklif oluna bilərmi?

Məsələn, sürücülər aylıq, həftəlik və ya illik ödəniş sistemi ilə ödəmələrini edib avtomobilini park etsin. Burada söhbət həm parkomatlardan, həm də park etmək üçün nəzərdə tutalan ərazilərdən gedir.

Mövzu ilə bağlı Bakı Nəqliyyat Agentliyi bir sıra tədbirlər görmək səlahiyyətindədir və bu işləri zamanla həyata keçirir. Bəs qiymətlər?
Bakı Nəqliyyat Agentliyinin ictimai əlaqələr və maarifləndirmə şöbəsinin müdiri Nuridə Allahyarova İnterpress.az-a bildirib ki, əsasnamədə yalnız parkomatların quraşdırılması ilə bağlı razılıq var:

Azərbaycanda vahid parklama qiyməti olacaq?

“Biz, parkomatların daha uyğun yerlərdə quraşdırılması ilə bağlı işləri həyata keçiririk. Ancaq qiymətlərin tənzimlənməsi BNA-nə aid deyil. Bu səlahiyyət Bakı Şəhər İcra hakimiyyətinə aiddir”.

Hər zaman olduğu kimi bu dəfə də Bakı Şəhər İcra Hakimiyyətinin mətbuat xidmətinin rəhbəri Nailə Məmmədova ilə əlaqə yaratmaq həvəsimiz elə həvəs olaraq da qaldı.
Üz tutduq qiymətləri tənzimləyən Tarif Şurasına…

Mətbuat xidmətindən İnterpress.az-a bildirildi ki, parkomatların qiymət məsələsi qurum tərəfindən tənzimlənən mal və xidmətlərin siyahısına daxil deyil:
“Paklanmanın da qiymətləri Tarif Şuarsı tərəfindən müəyyən olunmur. Tarif Şurası müəyyən olunmuş mal və xidmətlərin qiymətlərini tənzimləyir. Əgər Nazirlər Kabinetindən belə bir təklif gələrsə o zaman parklanma qiymətini də siyahıya sala bilərik”.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri Akif Əli isə İnterpress.az-a bildirib ki, parklanmada vahid qiymətin tətbiqi ilə bağlı təkliflərə arzuolunandır. Niyə də olmasın? Bununla bağlı uyğun təkliflər olarsa bu qərar qəbul oluna bilər”.

Azərbaycanda vahid parklama qiyməti olacaq?

“Bugünə kimi Nazirlər Kabinetinə belə təklif olunub?” sualını şərh edən qrum sözçüsü əlavə edib ki, bununla bağlı dəqiq bir məlumat yoxdur”.
Demək ki, suallarımızın cavabı Bakı Şəhər İcra kakimiyyətindədir. Məsələ ilə bağlı BİH-nin mövqeyini almağa çalışacağıq.

Gülşanə Mustafayeva
İnterpress.az