Mitinqində saxlanılanların məhkəməsi keçirilirbackend

Mitinqində saxlanılanların məhkəməsi keçirilir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Milli Şuranın referenduma etiraz mitinqindən sonra saxlanılanların yeddisi barəsində inzibati cəza hökmü çıxarılıb, məlumatlarda deyilir.

Yasamal rayon məhkəməsində baş tutmuş prosesdə Toğrul İbrahim, Məcnun Əhməd, Ülfət Həsənqarayev, Orxan Carçı, Nuru Nuruzadə, Elton Əli və Ruslan Qara barəsində 8 sutka həbs-qətimkan tədbiri seçilib, prosesi izləyən fəal Turan İbrahim BBC Azərbaycancaya bildirib.

Məlumata görə onlar inzibati cəzalar məcəlləsinin polisə müqavimət göstərmək maddəsində təqsirli bilinir.

AXCP Gənclər Komitəsinin İdarə Heyətinin üzvü olan Turan İbrahim bildirib ki, onlara vəkili gözləmək icazəsi verilməyib.

Sentyabrın 17-də Milli Şuranın mitinqi bitdikdən sonra çıxışda bir neçə jurnalist və fəal olmaqla təxminən 37 nəfər saxlanılıb. Onlardan 23-ü sonradan buraxılıb.

Bundan öncə vəkil Əsabəli Mustafayev BBC Azərbaycancaya bildirib ki, ondan bazar ertəsi saat 3-də keçiriləcəyi bildirilmiş prosesdə saxlanılan 14 nəfərin hüquqlarını qorumaq xahiş edilib.

Fəalların nədə ittiham edildiyi bəlli deyil və bu barədə DİN-dən məlumat almaq mümkün olmayıb.

Turan İbrahim BBC Azərbaycancaya bildirib ki, saxlanılanların hamısı bu səhər Yasamal rayon məhkəməsinə gətirilib. Onun sözlərinə görə, 14 nəfər Yasamal rayon 27, 28 və 29-cu polis bölmələrində iki gün saxlanılıb.

Onlardan 7 nəfəri AXCP üzvüdür, digərləri isə Millətçi Gənclər Təşkilatı və heç bir partiya üzvü olmayan vətəndaşlardır.

Yasamal rayonu Məhsul stadionunda keçirilən mitinqin əsas şüarı \”Monarxiyaya yox, talana son!\” olub.

Azərbaycanda 26 sentyabrda Konstitusiyaya dəyişikliklər edilməsi məqsədilə ümumxalq səsverməsi – referendum keçiriləcək (BBC).

İnterpress.az