Əsəd rejimi ABŞ ordusunun təyyarəsini vurdubackend

Əsəd rejimi ABŞ ordusunun təyyarəsini vurdu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Avropa.info xəbər verir ki, Suriyanın Deyr əz-Zor şəhərində ABŞ ordusuna aid pilotsuz təyyarə vurulub.

Ötən günlərdə Amerika ordusunun döyüş təyyarələri eyni bölgədə Əsəd rejimi tərəfindən atəşə tutulmuş, daha sonra isə koordinatların səhv verildiyi bildirilərək açıqlama verilmişdi.

ABŞ-ın Əsəd rejiminin nəzarətində olan Deyr əz-Zor bölgəsini səhvən bombardman etməsindən sonra bu gün səhər saatlarında eyni bölgədə ABŞ ordusunun pilotsuz təyyarəsi vurulub.

İranın Press TV televiziya kanalının yaydığı məlumata görə Suriya ordusu Deyr əz Zorun şərqindəki Cəbəl Tərdə bölgəsində bir pilotsuz təyyarəni vurub.

Yerli mənbələrin dediklərinə görə isə əsəd rejiminin atəş açmasına baxmayaraq pilotsuz təyyarə bölgədən uzaqlaşmağa nail olub.

Pilotsuz təyyarənin vurulması ilə bağlı hələ ki heç bir rəsmi məlumat verilmir.

İnterpress.az