Məktəbdəki davayla bağlı açıqlamabackend

Məktəbdəki davayla bağlı açıqlama

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Məktəbin direktoru Mərhəmət Məmmədov AzNews.az-a açıqlamasında bildirib ki, Muradov Mustafanı döyən İsmayılov Azad müəllimin oğlu deyil, nəvəsidir. Direktorun sözlərinə görə, M. Muradovun döyülməsinə səbəb onun dərs zamanı müəllimi lağa qoymasıdır: “Dərs zamanı Muradov Mustafa müəllimi eşitməyib, ələ salıb. Bu da Azada təsir edib. Dərsdən sonra şagirdlər bir-birini itələyib. Aralarında münaqişə düşüb. Azad da vurub Mustafanın gözünün altını qaraldıb. Bundan sonra Mustafa birbaşa xəstəxanaya gedib. Mustafa tələb edir ki, Azad İsmayılovun valideyni ondan üzr istəsin. Amma Azadın valideyni işdə olduğundan bu mümkün olmayıb. Biz də məsələni müzakirəyə çıxarıb hər iki şagirdi cəzalandıracağıq”.

M. Məmmədovun sözlərinə görə, hadisədə adı keçən şagirdlər bu gün dərsə gəməyib.

Qeyd edək ki, Qaradağ rayon 127 saylı orta məktəbində şagirdlər arasında münaqişə olub. Nəticədə 9-cu sinif şagirdi Muradov Mustafa aldığı xəsarətdən 1 saylı Şəhər Kliniki Xəstəxanasına yerləşdirilib. Xəstəxanadan verilən məlumata görə, M.Muradov kəllə-beyin travması və çoxsaylı bədən xəsarətləri alıb.

İnterpress.az