Merkelin peşmanlığıbackend

Merkelin peşmanlığı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az “Milliyet.com”-a istinadən xəbər verir ki, Angela Merkel mühacirlərlə bağlı həyata keçirdiyi qaçqın siyasətinin yanlış olduğunu qəbul edib.
Berlin seçkilərində ağır itkilərə məruz qalan Merkel 2015-ci ilin yayından əvvəl mühacirlərə qarşı lazımlı addımların atılmasında yubandıqlarını deyib.
Almaniya kansleri çıxışında bu sözləri xüsusilə vurğulayıb: “Əgər bacarsaydım, zamanı geri almaq istərdim”.
Almaniyaya gələn mühacir axınının müəyyən bir müddət üçün nəzarətdən çıxdığını qeyd edən Merkel, yenə də o vaxt aldığı qərarların arxasında durduğunu bildirib.
Merkel siyasi analizlərinin və dəyərləndirmələrinin tamamilə doğru olduğunu, praktikada isə yetərincə nəzarətin yaxşı təşkil edilmədiyini söyləyib.
Mühacir siyasəti ilə bağlı tənqidlərə məruz qalan Merkelin partiyası, Berlin seçkilərində cəmi 17,6 faiz səs toplaya bilib.

İnterpress.az