Əsirlərimizin  aqibəti necə olacaq?- Politoloq Şərhibackend

Əsirlərimizin aqibəti necə olacaq?- Politoloq Şərhi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu barədə İnterpress.az-ın Bundan sonra əsirlərimiz aqibəti necə olacaq? sualını şərh edərkən politoloq Elçin Mirzəbəyli danışıb.

Beynəlxalq təşkilatlardan ədalət gözləmək sadəlöhvlükdür:

\”Təkcə Dilqəm və Şahbaz deyil, Azərbaycan torpaqlarının 20 faizi əsirlikdədi. 1 milyon insanın öz evindən didərgin düşməsinə, uşqaların, qadınların, qocaların vəhşiliklə qətlə yetirilməsinə göz yuman beynəlxalq təşkilatlardan ədalət gözləmək sadəlöhvlükdür. Nə zamana kimi Qarabağ əsirlikdən azad olunmayıb, Şahbaz da, Dilqəm də, babalarımızın məzarları da, tarixi abidələrimiz, məscidlərimiz də əsirlikdə qalacaq”.

Əsirlərimizin geri verilməsi beynəlxalq qanunlara görə əslində necə olamdır ki, buna əməl etmirlər?

Hansı beynəlxalq qanunlar? 25 ilə yaxındır 1 milyon insanın fundamental hüquqları pozulub, Azərbaycan torpaqlarının işğaldan azad olunması ilə bağlı BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi var. BMT Baş Assambleyasının və digər beynəlxalq təşkilatların qəbul etdiyi sənədlər var, əməl olunurmu? Olunmur… Çünki Dünyanı beynəlxalq hüquq, qanunlar və ədalət prinsipləri deyil, zor idarə edir:

“ Ona qalarsa, nə Şahbaz, nə Dilqəm, nə də rəhmətlik Həsən heç bir cinayət törətməyiblər. Onlar beynəlxalq hüquq tərəfindən Azərbaycanın əraziləri sayılan ərazilərə gediblər. Yəni o adamların öz vətənlərinin sərhədləri çərçivəsində hərəkət etməsini kimsə məhdudlaşdıra bilməz. Amma öz vətənlərinin bir hissəsini ziyarət edən insanlar saxta rejim tərəfindən həbs olunublar, qondarma ittihanlarla cəzalandırılıblar. Bu səbəbdəb də baş verən hadisələrə təəccüblənməyə dəyməz”,- deyə fikirlərini yekunlaşdırıb.

Gülşanə Mustafayeva
İnterpress.az