Fazil Mustafa: Mən də Türk soyunun mürşidiyəmbackend

Fazil Mustafa: Mən də Türk soyunun mürşidiyəm

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, millət vəkili Fazil Mustafa Şah İsmayıl Xətai ilə bağlı paylaşdığı fikirlər uzun zamandır ki, onun əleyhinə istifadə edilir və cəmiyyətdə birmənalı qarçılanmır. Müxtəlif təbəqələrdən iradlar alan Fazil Mustafa sosial şəbəkə istifadəçilərindən də tənqid və təhqirə məruz qalır.

Özünü \”Səfəvi soyunun mürşidi\” adlandıran Xaliq Səfəvi adında sosial şəbəkə istifadəçilərindən biri Fazil Mustafanı qəzəbləndirib. Millət vəkili \”facebook\” səhifəsində sadəcə o şəxsə deyil, həm də tanınmış tarixçi Dilavər Əzimli və jurnalist Taleh Şahsuvarlıya da atmaca atıb.

Millət vəkilinin yazdığı statusu olduğu kimi təqdim edirik:
\”İşimizə-gücümüzə bax, hacı, kərbəlayi, məşədi, seyid titullarının spekulyasiyasından canımızın boğazımıza yığışmağı az imiş, indi də ünvanıma xüsusi bəyanatla müracət edənlərin biri özünü \”Səfəvi soyunun mürşidi\” adlandıraraq tarixlə bağlı bəyənmədiyi fikirlərimə görə bəndənizi \”dönük\” adlandırır. Bu məxluğun adı Xaliq Səfəvidir. Hüquq üzrə fəlsəfə doktorudur. Bu nadana elmi titulu kim veribsə, Azərbaycan elminə həqiqətən yazığı gəlməyib. Mənim müsahibə, məqalə və kitablarımla tanış olanlar birmənalı şəkldə görərlər ki, Azərbaycan türklərinin gerçək tarixi ilə bu günü arasında sağlam dialoq qurmaqdan başqa bir niyyətim yoxdur. O zaman mən də özümü prinsipcə \”Türk soyunun mürşidi\” adlandırmaq haqqını qazanmış oluram. Adama deyərlər ki, əgər dönük deyilsənsə, özünü Səfəvi soyunun mürşidi əvəzinə, elə Türk soyunun mürşidi adlandıraydın də… Allah sənə rəhmət etsin böyük Atatürk, necə ki, demisən, bu dünyada savaşların ən çətini cahilliyə qarşı açılan savaşdır. Mürşidi Xaliq Səfəvi olan soyun müridi də Dilavər Əzimli ilə Taleh Şahsuvarlı kimiləri olar.\”

İnterpress.az