Cahangir Hacıyev məscidə ayrılan milyonları mənimsəyib – FOTObackend

Cahangir Hacıyev məscidə ayrılan milyonları mənimsəyib – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Musavat.com-un müxbiri adı çəkilən məsciddə olub və son durumla maraqlanıb.

Fatimeyi Zəhra məscidi Qobu qəsəbəsində, Yeni Məhəllə adlanan ərazidə, magistral yolun kənarında tikilib. Məlumata görə, tikintiyə 2006-cı ildə başlanıb. Məscid qədim üslubda dizaynı və möhtəşəmliyi ilə seçilir.

Tikintinin nə üçün yarımçıq dayandırılması ilə əlaqədar məscidin ətrafında yaşayan sakinlərdən məlumat almağa çalışdıq.

Adının çəkilməsini istəməyən Qobu sakini bildirdi ki, bu məscidin tikintisinə böyük bir layihə ilə başlanılıb və külli miqadrda vəsait xərclənib. Məscidin tikilməsi üçün Ərəbistandan mütəxəsislər dəvət olunub, eskiz layihəsi xüsusi sifarişlə Ərəbistandan gətirilib: “Bu məscidin tikilməsinə Xanım adlı qadın nəzarət edirdi. Tikilinin ərsəyə gəlməsində onun əvəzsiz xidməti olub. Deyilənə görə, məscidin maliyyəşdirilməsini Beynəlxalq Bank həyata keçirilib. Sonradan Beynəlxalq Bankın keçmiş rəhbəri Cahangir Hacıyevlə Xanım arasında maliyyə məsələsinə görə mübahisə yaranıb və o, məscidin tikintisindən uzaqlaşdırılıb”.

Sakinlərin sözlərinə görə, həmin qadının Qobu qəsəbəsi üçün böyük xidmətləri olub. Qəsəbəsinin girişindən məscidə qədər magistral yola yeni asfalt örtüyü çəkdirib. Qobuda abadlıq və təmizlik işləri aparıb. Bu mübahisədən sonra isə Xanım Abşeron rayonundakı əmlaklarını satmalı olub və müflis duruma düşüb.

Məscidin tikintisinin dayandırılmasınının əsas səbəbinin maliyyə çatışmazlığı ilə bağlı olduğu bildirilir. İddialara görə, inşaat üçün ayrılmış külli miqdarda vəsait oğurlanıb. Bu səbəbdən tərəflər arasında mübahisə yaranıb, tikinti yarımçıq qalıb.

Məscidin eskiz layihəsində tikilinin qarşısında 2 hektara yaxın ərazini əhatə edən həyətin olması göstərilsə də sonradan həmin torpaqlar satılıb və hazırda orada yaşayış evləri tikilib.
Məsələ ilə bağlı Beynəlxalq Bankdan münasibət öyrənmək üçün qurumun mətbuat xidməti ilə əlaqə saxladıq Xidmətdən məscidin tikintisi ilə bağlı müəyyən dəqiqləşdirmələr aparıb, informasiya verəcəklərini bildirdilər, ancaq iki gün ərzində oradan heç bir xəbər gəlmədi.

Qeyd edək ki, məscidin tikintisini “Azinqrup” MMC həyata keçirib. Şirkətin saytında Fatimeyi Zəhra məscdinin tikilməsi haqqında məlumatlar və fotomaketlər də var. Hazırda iflas olmuş tikinti şirkətinin rəhbəri Mehdi Əliyevin Beynəlxalq Bankın sədri Cahangir Hacıyevin yaxın adamı olması barədə də məlumatlar var.

Bundan əlavə M.Əliyev C.Hacıyevin köməyi ilə Beynəlxalq Bankdan iri məbləğlərdə kredit götürərək həmin pulların mənimsənilməsinə görə həbs olunub.

Mətbuatda yer alan məlumatlara görə, “Azinqrup” MMC hazırda həbsdə olan sabiq bank rəhbəri C.Hacıyevə məxsus olub.

Cahangir Hacıyev məscidə ayrılan milyonları mənimsəyib - FOTO

Cahangir Hacıyev məscidə ayrılan milyonları mənimsəyib - FOTO

Cahangir Hacıyev məscidə ayrılan milyonları mənimsəyib - FOTO

Cahangir Hacıyev məscidə ayrılan milyonları mənimsəyib - FOTO

Cahangir Hacıyev məscidə ayrılan milyonları mənimsəyib - FOTO

İnterpress.az