DAK – dan etiraz bəyanatıbackend

DAK – dan etiraz bəyanatı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Məlum olduğu kimi, İran İslam Respublikasında ermənilərin idman olimpiadası keçirilib və qondarma “Dağlıq Qarabağ Respublikası”nın nümayəndələri də bu yarışlarda iştirak edib. İranın Azərbaycandakı səfiri Möhsün Pakayin İranda yaşayan ermənilərin idman olimpiadasının keçirilməsini dini azlıqlara hörmət əlaməti kimi dəyərləndirsə də, belə bir olay Azərbaycanın ərazi bütövlüyünə qarşı atılmış növbəti təxribatdır. Səfir ölkəsinin Qarabağ münaqişəsi ilə bağlı siyasətinin dəyişmədiyini qeyd etsə də, nə İran rəsmiləri, nə də olimpiadanın təşkilatçıları erməni təxribatının qarşısının alınması üçün heç bir tədbir görməyiblər.

DAK olaraq, Azərbaycanın ərazi bütövlüyünə qarşı atılan belə bir təxribatı pisləyir, bu cür hadisələrin yolverilməz olduğunu bildiririk. Həmçinin, bu təxribata şərait və imkan yaradan, sözdə Azərbaycanı dəstəklədiyini iddia etdiyi halda ölkəmizin ərazi bütövlüyünə qarşı təxribatlara gözyuman İran dövlərini qınayırıq!

DAK hesab edir ki, bu təxribat ciddi araşdırılmalı və Azərbaycanın işğal olunmuş torpaqları üzərində qondarılan respublikanın iştirakına şərait yaradan məsul şəxslər cəzalandırılmalıdır.

İnterpress.az