100 yaşındakı qaynanasının boğazını kəsən gəlin intihar etdibackend

100 yaşındakı qaynanasının boğazını kəsən gəlin intihar etdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, 54 yaşlı Naciyə Şimşək, 100 yaşlı qayınanasının boğazını kəsərək öldürüb. Ardından başqa bir bıçaqla biləklərini kəsərək intihar etdi. Səhər saatlarında qaynanısının ziyarətinə gedən böyük gəlin Azimə Şimşək qaynanasını qanlar içində görüb. Eltisini səsləyən qadın onu görməyincə hamam otağına girir və orada bir uşaq anası olan eltisini eyni vəziyyətdə görür.
Hadisə yerinə 112 və Jandarma dəstəsi cəlb edilib. Evə gələn təcili yardım dəstəsi Naciyə Şimşək və qayınanası Zəhra Şimşekin həyatlarını itirdiklərini təyin edib.
Hadisə ilə bağlı araşdırılma aparılıb və məlum olub ki, intihar edən gəlin heyvan bıçağı ilə qaynanasının boğazını kəsib. 1 ildir psixoloji problemləri səbəbiylə müalicə olunan Naciyə Şimşek qurban kəsdikləri bıçaqla, qaynanasının boğazını kəsərək öldürdükdən sonra, hamama keçib bir başqa bıçaqla öz biləklərini kəsərək intihar edib.
Acı xəbəri eşidən mərhum Naciyənin əri Mehmet Şimşek hadisəni eşidən kimi şok keçirib.
“Nələr yaşandı, hadisə necə meydana gəldi bilmirəm\” deyərək gözyaşı tökən Mehmeti qonşular sakitləşdirməyə çalışdılar.
Qan donduran hadisə ilə bağlı prokurorluq araşdırma aparır.

İnterpress.az