Tovuzda qadını qətlə yetirən şəxs saxlanılıb.
24 yaşlı İbrahimova Aytəkin Ədalət qızını boğazını kəsərək öldürən şəxs onun həyat yoldaşı, Alakol kənd sakini 1985-ci il təvəllüdlü Hüseynov Taleh Aydın oğludur.
Taleh Hüseynov artıq polis əməkdaşları tərəfindən saxlanılıb.
İlkin məlumata görə, qətl ailədaxili münaqişə zəminində baş verib.
Ailənin iki övladı olub.
***
APA-nın qərb bürosunun məlumatına görə, hadisə rayon avtovağzalı ərazisində baş verib.
Təxminən 24-35 yaşlarında olan qadının boğazı biçaqla kəsilərək qətlə yetirilib.
Hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerində araşdırma aparırlar.
İnterpress.az