Gözəl Bayramlıdan Elman Fəttaha: “Nə demək istəyir?”backend

Gözəl Bayramlıdan Elman Fəttaha: “Nə demək istəyir?”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bunu İnterpress.az-a AXCP sədrinin müavini Gözəl Bayramlı müxalifət cəbhəsində baş verən son hadislərə – Müsavat Partiyasının sədr müavini Elman Fəttahın sentyabr ayının 24- də keçiriləcək mitinqlə bağlı müraciət ərizəsini yaymasını şərh edərkən bildirib.

“Gedin Elman Fəttaha deyin ki, Milli Şuranın Sentyabr ayının 4,11,17 və 24 də mitinq keçirmək üçün etdiyimiz müraciətlərin bizdə sürəti var. Yadından çıxıbsa gəlsin onları da verək yaysın. Görək bununla nə demək istəyirlər? Görünür onun özünü ifadə etmək üçün nələrəsə ehtiyyacı var”.

Onsuzda cəmiyyətdə müxalifət partiyaları haqqında fikirlərin birmənali olmadığını hamımız bilirik, bir tərəfdən də mitinqlər ərəfəsində Müsavat partiyasının AXCP və Milli Şuraya qarşı bu hərəkəti etməsi ağıllarda sual işarələri yaratdı. Nə üçün? Məqsəd nədir? Nədən Müsavat partiyasının başqan yardımcısı mitinqlər ərəfəsində bu ərizəni yaydı? Bu kimi suallarla AXCP sədrinin müavini Gözəl Bayramlı və sözü gedən ərizədə imzası olan, Milli Şuranın üzvi Eldəniz Quliyevdən bu sualların cavabını almaq istədik.

Nəzərə alsaq ki, BŞİH-nə olan müraciətin surətini yayan sıradan bir Müsavat üzvi deyil, məhz sədr müavinidir. Belə olan halda ağıllarda bir fikir yaranır. Bu addım məhz partiya səviyyəsində atılıb. Və partiyanın mövqeyi budur. Bəs görəsən Elman Fəttahın bu hərəkəti Müxalifət partiyaları arasında olan anlaşılmazlıq və biraraya gələ bilməməkdən xəbər verirmi? Bu hərəkət, cəmiyyətin müxalifət partiyaları arasında olan çəkişmə reallığını daha da aydın göstərirmi? Və Müsavatın bu ərizəni yayması, cəmiyyətin müxalifət partiyalarına olan inamını daha da sarsıtmağa xidmət edən, dağıdıcı mövqe kimi qiymətləndirilə bilərmi? Gözəl Bayramlı bu suallara isə belə cavab verdi:

“Cəmiyyətdə kifayət qədər bizim-Milli Şuranın mövqeyi möhkəmdir: “ İnsanlar tərəfindən kifayət qədər mövqeyimiz müdafiə olunur. Bizim dəstəkçilərimizlə hər hansı bir problemimiz yoxdur”.

Yayılan ərizədə imzası olan, Milli Şuranın üzvi Eldəniz Quliyev isə bu suaların cavabını belə şərh etdi:

“Görünür BŞİH-nə ünvanladığımız müraciət məktubunu tirajlayanlar bunu ifşaedici əşyayi-dəlil kimi görürlər. Onların bəziləri təəssüf ki, çox vaxt nə istədiklərini özləri də başa düşmürlər. Yəni \”mən bu daşı quyuya atım, sonrası nə olur olsun\” düşüncəsi ilə hərəkət edir və bunu yaymaqla gündəmdə qalmaq istəyirlər. \”Sən özünə haqq qazandırırsan, Sezar. Deməli günahkarsan!\” Düşünürəm ki, bu məsələ hörmətli Müsavat partiyası və hörmətli müsavatçılara şamil ediləsi müdrik məsələdir. Hər halda, görən görür, bilən də bilir ki, dağıdıcılıq şakəri indiyəcən heç kimə, o cümlədən heç bir partiyaya başucalığı gətirməyib”.

Müxalifət cəbhəsində məna verə bilmədikləri bu hərəkətin sahibi, Müsavat partiyasının sədr müavini Elman Fəttahdan öz hərəkətinin səbəbini soruşduq. Müraciət ərizəsini sosial mediada yaymaqda məqsədiniz nə idi? Sualını Elman Fəttah belə cavablandırdı:
“Məktubu mən yox, özləri yayıblar. Mən sadəcə yaydıqları məktubu yadlarına salmışam. Səbəb isə odur ki, Gözəl Bayramlı bizim insanları onların təyin etdiyi mitinqə çağırışımızı “Biz 24 sentyabra mitinq təyin etməmişik” iddiası ilə yersiz adlandırması olub. Mənə hələ də aydın deyil ki, bir neçə gündür bütün ictimaiyyətin üzünə dururlar ki, biz mitinq təyin etməmişik. Bunu necə bacarırlar anlamıram. Halbuki 15 sentyabr günü özləri BŞİH-nə rəsmi müraciət məktubunun fotosunu yayıb, 24 sentyabra mitinq təyin etdiklərini hamıya sübut etmişdilər. İndi əksini sübut etməyə çalışırlar”.

Gülşanə Mustafayeva
İnterpress.az