“Sarı xətt bəzək üçün deyil, hüquqi mənası  var”- Ekspert şərhibackend

“Sarı xətt bəzək üçün deyil, hüquqi mənası var”- Ekspert şərhi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bunu İnterpress.az xəbər verir ki, bunu hüquqşunas, nəqliyyat məsələləri üzrə eksper Ərşad Hüseynov bildirib.
Dünyanın az qala hər yerində sarı xətt dayanma və durmanı qadağan edir və bu qadağanı ifadə etmək üçün ən unikal texniki vasitədir. Düzgün tətbiq ediləcəyi təqdirdə bu xəttin vasitəsilə ən mürəkkəb sxemi olan şəhər küçələrində sürücü üçün tam aydın olan qaydada dayanma və durmanın qadağan olunduğu sahələri işarələmək olur. Amma bizim qanuna 2010-cu ildə edilən dəyişikliklə bu xətt sadəcə bəzək vasitəsinə çevrildi və hazırda onun heç bir hüquqi mənası yoxdur. Bu nişalanmanın qanunla bəzək vasitəsinə çevrilməsinin də maraqlı tarixçəsi var:

“10-15 il bundan əvvəldən başlayaraq bizim yol tikənlər yol hərəkəti qaydalarına məhəl qoymadan hara gəldi xətlər çəkirdilər. Sarı xətt gözə daha yaxşı göründüyündən bu rəngə üstünlük verdilər. Xəbərləri yox idi ki, bu, bəzək üçün deyil, bunun konkret hüquqi mənası var. Hətta avtobus dayanacaqlarına da sarı xətlər çəkirdilər”
Dövlət Yol Polisi isə bu xəttin mənasını bilir. Günlərin bir günü DYP başladı sarı xəttın yanında dayanan maşınları kütləvi surətdə cərimə meydançasına yığmağa. Məlum oldu ki, hər yerdə bu xətlə dayanma \”qadağan\” olunub, DYP də formal olaraq düz edir:

“Vəziyyətdən 2 çıxış yolu var idi. Ya həmin sarı xətlər pozulmalıydı, ya da sarı xəttin hüquqi mənası dəyişməliydi. Xətti asfaltdan pozmaq onu çəkməkdən çətin olduğundan 2-ci yol seçildi. Maraqlıdır ki, Milli Məclis də fərqinə varmadan həmin anormal dəyişikliyi təsdiqlədi. Amma həmin xətləri onları çəkənlərə texnikasız-filansız, dırnaqları ilə pozdurmaq lazım idi”.

Gülşanə Mustafayeva
İnterpress.az