Könül oxşayan Narbiçbackend

Könül oxşayan Narbiç

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Tərkib:
300 qr sümüklü quzu əti
1 ədəd baş soğan
100 qr qoz ləpəsi
1 x.q. kərə yağı
2 dəstə şüyüd
1 ədəd nar
Sarıkök
Duz, istiot

Hazırlanması:
Quzu əti tikələrə doğranıb saxsı qaba yerləşdirilir.
Ətin üzərinə su tökülür, zəif odda qaynadılıb, kəfi yığılır.
Qaynayan ətin üzərinə xırda doğranmış soğan, əridilmiş kərə yağı , duz, istiot əlavə edilib bişirilir.
Ət bişənə yaxın yeməyə bütöv qoz ləpəsi, xırda doğranmış şüyüd, bir çimdik sarıkök qatılır.
Narbiç hazır olana yaxın üzərinə nar dənələri tökülüb qarışdırılır.

Ceyhan Nur

İnterpress.az