Qırğızıstanın müstəqillik günü keçirildibackend

Qırğızıstanın müstəqillik günü keçirildi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Tədbirdə çıxış edən Qırğızıstanın Azərbaycandakı səfiri Aycigit Buranov ölkəsinin müstəqillik tarixindən danışaraq bildirib ki, Qırğızıstan Azərbaycanla 23 ildir ki, diplomatik münasibətlər qurulub: \”Ümumiyyətlə Qırğızıstan-Azərbaycan münasibətləri dinamik şəkildə inkişaf edir. İki ölkə arasında siyasi, iqtisadi elmi-texniki və mədəni sahədə çox gözəl əlaqələr qurulub. Əlaqələrimiz qarşılıqlı etimad əsasındadır və hər iki ölkə bir-birini aktual məsələlərdə beynəlxalq arenada dəstəkləyir. Bizim əlaqələrimiz inkişaf etdirmək üçün böyük potensial var və bu əlaqələr daha da dərinləşdirilir\”.

Azərbaycan xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyev çıxışında iki ölkə arasındakı münasibətlərdən məmnunluğunu ifadə edib.
Tədbirdə digər ölkələrin səfirləri də iştirak edib.

İnterpress.az