“Bitki südü” – Üzüm suyubackend

“Bitki südü” – Üzüm suyu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyəli professor Nəriman İnanc qan laxtalanması problemi yaşayan xəstələrə gündə bir stəkan üzüm suyu içmələrini tövsiyə edib. Professor üzüm suyunun digər faydaları haqqında da məlumat verib.
– Üzüm və üzüm suyu qan yaradır.
– Antioksidant xüsusiyyətlərə malik olan üzüm dərini yeniləyir.
– Vitamin və mineral baxımından olduqca zəngin olan üzüm suyu ürək xəstəliklərinə qarşı müdafiə təsiri yaradır.
– A, B və C vitaminləri, kalium və dəmir baxımından, olduqca zəngin olan üzüm suyu bədənin xəstəliklərə qarşı müqavimətini artırır.
– Üzüm suyu dəmir və kalium çatışmazlığını aradan qaldırır.
– Üzüm suyunun qan durulaşdırıcı xüsusiyyəti ilə də infarkt riskini azaldır, ürək sağlamlığını qoruyur.
– Üzüm suyunun digər faydalarından biri də tərkibində olan fruktozanın tez ayrılaraq orqanizmə enerji verməsidir.
– Tərkibində olan maddələr sayəsində qanı sulandırır, yüksək təzyiq, ürək xəstəlikləri, varikoz kimi bir çox xəstəlikdən qoruyur. (saglamolun.az)

İnterpress.az