“Cəngavər” Kadırov  qadınları təbrik etdibackend

“Cəngavər” Kadırov qadınları təbrik etdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xarici mətbuata istinadən xəbər verir ki, Qroznı şəhərində “Sofiya” sarayında qadınlar gününə həsr olunmuş tədbirdə respublikanın tanınmış qadınları və incəsənət xadimləri iştirak edib.
Bayrama orta əsrin zirehli geyimində qatılan prezident Kadırov çıxış edib:
“Tarix boyu faciələr yaşamış Çeçen qadını öz ailəsinin, övladlarının təhlükəsizliyi üçün artıq narahat olmasın. Artıq qadınlarımız həyatda zövq alaraq rahat yaşayacaq. Bizim qadınlarımız mədəniyyət, tibb, elm və ictimai həyatda çoxlu sayda uğur qazanıb. Sizinlə qürur duyuram” – deyə Kadırov çıxışında bildirib.
Bayramda iştirak edən qadınlara gül dəstəsi hədiyyə olunub. Tədbir atəşfəşanlıqla sona çatıb.

İnterpress.az