Nardaran hadisələri ilə bağlı polislər ifadə veribbackend

Nardaran hadisələri ilə bağlı polislər ifadə verib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Musavat.com xəbər verir ki, məhkəmədə Sabunçu Rayon Polis İdarəsinin Post Patrul Xidməti Bölüyünün əməkdaşı Xəyyam Camalov ifadə verib.

O, Nardaran hadisələri baş verməzdən 2 gün əvvəl – noyabrın 5-də polis idarəsinin qarşısında keçirilən aksiyadan danışıb. Polis əməkdaşı bildirib ki, həmin gün bir qrup şəxs idarənin qarşısına toplaşaraq, \”Müsəlman Birliyi\” hərəkatı liderinin müavini Elçin Qasımovun azadlığa buraxılmasını istəyib. O, bu iş üzrə nə üçün zərərçəkmiş kimi tanındığını bilmədiyini söyləyib.

Digər şahid qismində isə Sabunçu Rayon Polis İdarəsinin kiçik müfəttişi Elnur Şərifov ifadə verib. O, da iş üzrə həmçinin zərərçəkmiş kimi tanınıb.

E.Şərifov təqsirləndirilən şəxsləri üzdən tanımadığını deyib. O, hava qaranlıq olduğundan aksiya iştirakçılarını görmədiklərini deyib. Polis əməkdaşı noyabrın 5-də polis idarəsinin qarşısında baş verən aksiya ilə bağlı danışıb.

Məhkəmə prosesi fasilədən sonra davam etsdiriləcək.

İnterpress.az