İsveçdə sığınacaq axtaran 12 min qaçqın yaşayırbackend

İsveçdə sığınacaq axtaran 12 min qaçqın yaşayır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, İsveç Polisi müraciətləri qəbul edilmədiyi üçün ölkədən geri göndərilməli olan qaçqınların sənədlərinin sona qədər yoxlanılmadığını bildirib.
Qeyd olunur ki, qanuna görə, İsveçdə sığınacaq axtaran və rədd cavabı alan qaçqınlar yalnız dörd ildən sonra təkrar ölkədə yaşamaq icazəsi almaq üçün müraciət edə bilərlər.
“Çox çətin bir tapşırıqla qarşı-qarşıyayıq. Sığınacaq üçün müraciət edən və rədd cavabı alan şəxslər geri qaytarılmalıdır. Bu bizim üçün ən çətin vəzifələrdən biridir. Bu şəxslər çarəsizlik ucbatından burdadırlar”- deyə İsveç sərhəd polis hissəsinin müdiri Pyer Lövenberq mediayaya açıqlama verib.

İnterpress.az