Azərbaycan nümayəndəliyindən Ermənistanla bağlı etiraz bəyanatıbackend

Azərbaycan nümayəndəliyindən Ermənistanla bağlı etiraz bəyanatı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ATƏT-in iştirakçı dövlətlərinə ünvanlanmış bəyanatda qeyd edilib ki, təlimlər zamanı ağır artilleriya və texnikanın açdığı atəşlər və hərəkət nəticəsində yaranan toz dumanı cəbhə xəttinə yaxın ərazilərdə yerləşən yaşayış məntəqələrindən aydın müşahidə olunur.

Bəyanatda Ermənistanın bu təxribatçı addımı qətiyyətlə pislənilib: \”Ermənistanın bu təxribatı ən yüksək siyasi səviyyədə vasitəçilik prosesinə cəlb olunmuş həmsədr ölkələrin sülh təşəbbüslərinə birbaşa təhqirdən başqa bir şey deyil. Ermənistanın bu cür davranışı sülh danışıqlarına və həmsədrlərə münasibətdə Ermənistan rəhbərliyinin səmimiliyini ciddi sual altına qoyur\”.

Bununla əlaqədar olaraq daimi nümayəndəlik ATƏT-ə sədrlik edən Almaniyanı, Minsk qrupunun üzvlərini və həmsədr ölkələri Ermənistanın bu məsuliyyətsiz addımını birmənalı şəkildə pisləməyə və Ermənistanı son aylarda danışıqlar prosesində yaranmış dinamikaya xələl gətirəcək addımlardan çəkindirməyə çağırıb. ( trend.az )

İnterpress.az