Şirvan Şəhər Polis Şöbəsindən (ŞBŞ) verilən məlumata görə, hadisə şəhərin Naxçıvan küçəsində qeydə alınıb.
Belə ki, şəhər sakinləri Afiq Həsənov, Ceyhun Əliyev və Bəyməmməd Rəsulov xuliqanlıq zəminində bir-birilərinə bıçaqla xəsarət yetiriblər. Xəstəxanaya yerləşdirilən Bəyməmməd Rəsulovun vəziyyəti orta-ağırdır. Digər şəxslər isə ilkin tibbi yardımdan sonra evə buraxılıblar.
Faktla bağlı araşdırma aparılır. ( report.az )
İnterpress.az