Hicablı qadına hücum etdilərbackend

Hicablı qadına hücum etdilər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Şərqi Türkistan kökənli Avstriya vətəndaşı 51 yaşlı Şəhərbənn Durmaz bazar ertəsi səhər erkən saatlarda işə getmək üzrə evindən çıxıb.
Parkdan keçərkən arxasından gələn təxminən 25-30 yaşlarında olan bir kişi ona hücum edib.
Başından aldığı zərbələrdən yerə yıxılan qadın bədəninin də müxtəlif nahiyyələrindən zədələr alıb.

Yaxınlıqdakı evdən bir adamın qışqırmasından sonra hücum edən şəxs hadisə yerindən qaçıb. Qadın həyat yoldaşına zəng edərək kömək istəyib. Hadisə yenə gələn əri Mahmud Durmazı qadını xəstəxanaya aparıb. Bədəninin müxtəlif hissələri qaralan qadının başına iki tikiş atılıb.
Yaşadığı qorxulu anları danışan Şəhərbənd Durmaz təxminən 30 ildir Vyanada yaşadığını və 28 ildir da işlədiyini söyləyib. Hər zaman da erkən saatlarda eyni yolla işə getdiyini deyib: “Hücum edən şəxs durmadan başıma vururdu. Bu soyğunçuluq məqsədi daşımırdı, sırf mənə zərər verməyə çalışırdı. Çünki dayanmadan başıma vururdu, yerə yıxılandan sonra belə başıma vurmaqda davam edirdi. O an yaşadığım şokdan bağıra bilmədim, amma sonradan qışqırdım. Mən qışqırandan sonra qarşı mənzildən bir səs gəldi, sonra o adam qaçdı\”.

Durmaz yerə yıxılandan sonra özünü müdafiə məqsədilə hücum edən şəxsin barmağını dişləyib: “Hadisə yerinə gələn yoldaşımın köməyi ilə polisə və təcili yardıma xəbər verdikdik. 30 ildir ki, burada yaşayıram, ilk dəfə belə bir hadisə ilə qarşılaşıram. Mənim üçün gözlənilməz bir hadisə idi. Düşünürəm ki, hicablı olduğum üçün mənə hücum etdi, çünki üzümü belə görmədi, arxamdan gəlib hücum etdi\”. Taksiçilik edən Mahmud Durmaz isə yoldaşının yanına gəldiyində üzünün qan içində olduğunu söyləyib. Polislərin isə hələ də hücum edən şəxsi tapa bilmədiklərini deyib. (moderator.az)

İnterpress.az