“İnterpress” gürcü KİV-ə istinadən xəbər verir ki, dava Qurqenişvili ilə Marneulidən olan rəqibi azərbaycanlı Polad Xəlilov arasında baş verib. Xəlilov parlament seçkilərinə “Topadze –Sənayeçilər, Bizim vətən” blokundan qatılacaq.
İnsident Xəlilovun Qurqenişviliyə qələm tullamasından sonra başlayıb. Aparıcı yayımı yarıda kəsərək tamaşaçılardan üzr istəməli olub.
İnterpress.az