Ukrayna parlamentində deputatlar dalaşdılar – VİDEObackend

Ukrayna parlamentində deputatlar dalaşdılar – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Modern.az Ukrayna mediasına istinadən xəbər verir ki, onun iştirakçıları “Pyotr Poroşenkonun Bloku” fraksiyası rəhbərinin müavini Aleksey Qonçarenko və “Müxalifət bloku”nun deputatı olub.

Məlumatda qeyd edilir ki, Qonçarenko deputat Nikolay Skorikanın iclas zalındakı yerinə suxari qoymaq qərarına gəlib. Gələn həftə onun deputat toxunulmazlığı məsələsinə baxılacaq. Buna səbəb adının 2014-cü ildə Odessadakı iğtişaşlarla bağlı işdə keçməsidir.

Dava “Müxalifət bloku” nümayəndələrinin Skorikanı müdafiə etmək cəhdindən sonra başlayıb. Vasili Nimçenko, Yuri Moroko, İvan Mirnıy güc tətbiq edərək Qonçarenkonu fraksiyaya məxsus ərazidən uzaqlaşdırıblar.

İnterpress.az