Nardaran işi ilə bağlı məhkəmədə qalmaqalbackend

Nardaran işi ilə bağlı məhkəmədə qalmaqal

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Musavat.com-un məlumatına görə, prosesdə qalmaqal yarandığından təxirə salınıb.

Məhkəmə prosesinin əvvəlində təqsirləndirilən şəxslərin vəkilləri vəsatət qaldıraraq sonuncu prosesdən çıxarılan Abbas Hüseynovun iştirakının təmin edilməsini istəyiblər.

Qeyd edək ki, təqsirləndirilən Abbas Hüseynov sonuncu prosesdə şahid qismində ifafə verən polis əməkdaşlarından birinin üzünə tüpürdüyü üçün zaldan çıxarılmışdı.

Hakim vəkillərin vəsatətinə münasibət bildirərkən deyib ki, bu barədə Abbas Hüseynov özü yazılı şəlildə müraciət etməlidir. Belə olan halda onun zala qaytarılmasına şərait yaradılmasına baxıla bilər.

Prosesin davamında vəkillər təqsirləndirilən şəxslərlə məsləhətləşmək üçün vaxt istəyiblər.

AXCP sədrinji müavini F.Qəhrəmanlı isə bildirib ki, Abbas Hüseynov zala gətirilməyəcəyi halda onlar vəkillərdən imtina edəcəklər.

Hakim Əlövsət Abbasov ona xəbərdarlıq edərək məhkəməyə göstəriş verilməməsini tələb edib.

Vəkillərə müvəkilləri ilə məsləhətləşmək üçün vaxt verilib.

Prokuror da vəkillərin Abbas Hüseynovla bağlı qaldırılan vəsatətin təmin edilməməsini ustəyib. Məhkəmə vəsatətin təmin edilmədiyini açıqlayıb.

Təqsirləndirilən şəxslər \”Azadlıq\”, \”İstefa\” şüarları səsləndiriblər.

Buna görə də məhkəmə prosesi sentyabrın 28-nə təxirə salınıb.

İnterpress.az