Amerikanın birinci xanımının şəxsi bilgiləri ələ keçirilibbackend

Amerikanın birinci xanımının şəxsi bilgiləri ələ keçirilib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az Amerika mətbuatına istinadən xəbər verir ki, Ağ Evdə çalışan Lan Mellul adlı bir şəxsin elektron poçtu xakerlər tərəfindən ələ keçirilib. Elektron poçtda Mişel Obamanın şəxsiyyət vəsiqəsinin və digər şəxsi bilgilərinin olduğu rəsmi sənədlər də olub.

Ağ Evdə təşkilatçı kimi çalışan Lan Mellulda Mişel Obama da daxil olmaqla, bir neçə Ağ Ev sakininin sənədləri olub.
Ağ Evin mətbuat katibi Earnest gündəlik mətbuat konfransında mövzu ilə bağlı açıqlama verərək bildirib ki, hadisə Ağ Evə məlumdur, lakin bu vəziyyət Ağ Evin fiber təhlükəsizliyini pozacaq dərəcədə ciddi bir vəziyyət deyil.

Xatırladaq ki, keçən həftə də ABŞ-n sabiq Xarici İşlər Naziri Kolin Pauelin elektron poçtu ələ keçirilmişdi.

İnterpress.az