Azərbaycanda qaradərililərə qarşı diskriminasiya var?-SORĞUbackend

Azərbaycanda qaradərililərə qarşı diskriminasiya var?-SORĞU

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az saytı olaraq sosial şəbəkə istifadəçiləri arasında sorğu apararaq, vətəndaşların qaradərili insanlara qarşı münasibətini öyrəndik. Həmin rəylərdən bir neçəsini sizə təqdim edirik:

Qaradərili görəndə ağlınıza ilk nə gəlir?

Səhlalı Rüstəmli- tələbə: Şokolad

Vüsal Mamedov- Azvision.az saytının baş redaktoru: Ekzotika. Əyləncəlidir. Elə bilirəm ki, Sabirabadda qarpız bostanına girmişəm, amma kaktus görürəm.

Fazil Mustafa- millət vəkili: Qətiyyən, Əksinə turistlərin və ya əcnəbi tələbələrin olmasına sevinirəm.

Vüqar Zifəroğlu- jurnalistika sahəsi üzrə dosent: Ümumiyyətlə, insanları irqi nöqteyi-nəzərdən fərqləndirməyi düzgün hüsab etmirəm. Bəli, hər kəsin milli mənsubiyyəti onun qürur mənbəyidir. Mən Azərbaycan Türkü olmağımla hər zaman fəxr edirəm və bunu Tanrının mənə bir lütfü hesab edirəm. Amma bu o da demək deyil ki, mən ayrı milli və ya irqi mənsubiyyət daşıyıcılarına fərqli münasibət sərgiləməliyəm.

Sahib Əliyev- millət vəkili: Mən insanların dərisinin rənginə diqqət yetirmirəm.

Aydın Əlizadə- fəlsəfə üzrə elmlər doktoru:tolerantam, insandır.

Rəqsanə Kərimova- Türkiyədə magistrant: Xüsusi bir pozitiv və ya neqativ hisslər yaranmır.Ətrafımdakı ağdərili insanlar necə, onlar da elə. Amma düzünü desəm hərdən simpatiya da yaranır. Bəlkə də uzun illər əziyyətlərə məruz qaldıqları üçün.

Mövsüm Adilov- xarici dil kursunun rəhbəri: Mənə ləzzət edir.

Toğrul Hacı- rəssam-dizayner: Mənim çoxlu qaradərili dostum var, onlara olan münasibətim digər insanlara olan münasibətimdən qətiyyən fərqli deyil.

Güntaç Şahməmmədova- jurnalistika tələbəsi: Təbii baxıram. Turist olduğunu düşünürəm. Əlbəttə ki, ağ və ya qara dərili olsun turistlərin ölkəyə gəlməsi müsbət haldır.

Çingiz Səfərov- ictimai fəal: Çox vaxt fikir vermirəm.

Əhəd Əhədli- magistrant: Artıq hər irqdən və millətdən olan insanları ölkəmizdə görə bilirik, bir növ hamımız öyrəşmişik bu hala. Mən heç kimə qarşı fərqli bir münasibət göstərmirəm.

Aytən Yusifova- jurnalist: Normal baxıram, insana rənginə, irqinə və dini mənsubiyyətinə görə yanaşmıram.

Çingiz Özgür- köşə yazarı: Düşünürəm ki, insanlarda fərqlər iki cür olur: daxilən və xaricən. Mən qaradərili insanlara pis münasibət bəsləmirəm, əsas odur ki, insanın niyyəti qara olmasın.

Qulu Şıxalıyev- politologiya məzunu: Məndə bununla bağlı mənfi bir şey yaranmır, insan olduğu üçün dərisinin rəngi, cinsi və ya digər xüsusiyyətlərə görə fərqliliyinə görə qiymət vermirəm.

Gövhər Ağazadə- magistrant: No racism.

Gündüz Əhmədli- yazıçı: Onları görəndə dünyamızın əslində düşündüyümüz qədər sıxıcı olmadığı və əslində insanların bu gözəl dünyada rəngindən, dilindən, dinindən, yaşından asılı olmayaraq, sırf insan olduqları üçün hər zaman təhlükəsizlik və sülh şəraitində yaşamalı olduqları fikrinə qapılıram.

Lamiyə Qənbərova- politologiya məzunu: Qətiyyən fikir vermirəm və baxmıram. Çünki başa düşürəm ki, qaradərili insanlarda onlara diqqətlə baxmaq qarşı tərəfdə nifrət, kompleks yaradır.

Vüsal Əfəndi- ictimai fəal: Onlar da bizim kimi insandır.

Aman Əkbərov-iqtisadiyyat məzunu: Fikirləşirəm ki, ya tələbədirlər, ya da qərbdən gəlmiş iş adamları.

Rukiyyə Tağısoy- hüquq tələbəsi: irqçi deyiləm qətiyyən,qaraları görəndə heç bir reaksiyam olmur, hətta onlara qaradərili deməyə də qarşıyam,hər cürə irqçiliyə qarşıyam mənə görə fərq etmir.

Aytək Yusifsoy
İnterpress.az