“Arşin mal alan”- Efiopiyadabackend

“Arşin mal alan”- Efiopiyada

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan Efiopiyadakı səfirliyinin təşkil etdiyi nümayiş şəhərin ən böyük kinoteatrlarından biri olan “Seravit Cinema”da baş tutub.

Tədbirdə çıxış edən səfir Elman Abdullayev bildirib ki, 1945-ci ildə çəkilmiş “Arşin mal alan” filmi Heydər Əliyev Fondunun təşəbbüsü ilə ABŞ-in Los Anceles şəhərində rənglənərək bərpa edilib. O, Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın rəhbərliyi altında Heydər Əliyev Fondunun ölkəmizin və dünyanın müxtəlif ölkələrində musiqi və mədəniyyətimizin təşviqi istiqamətində gördüyü işlər barədə qonaqlara məlumat verib.

Tədbirdə Efiopiyada akkreditə olunmuş diplomatik nümayəndəliklərin rəhbərləri, diplomatlar, Afrika İttifaqı Komissiyasının nümayəndələri, Efiopiya rəsmiləri, Efiopiya Kinematoqraflar Assosiyasiyasının sədri, mədəniyyət işçiləri və Azərbaycanın təhsil müəssisələrini bitirmiş efiopiyalı məzunlar iştirak ediblər. Filmin nümayişindən sonra qonaqlara Azərbaycanın zəngin mədəniyyəti və tarixini əks etdirən videoçarxlar nümayiş etdirilib və milli mətbəxin təamları təqdim olunub.
Tədbir ölkənin aparıcı mətbuatının diqqətində olub. (apa)

İnterpress.az