Rəşad Babalı AXCP-dən istefa veribbackend

Rəşad Babalı AXCP-dən istefa verib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

O, bildirib ki, əslində bu qərara bir müddət əvvəl gəlib: \”Sadəcə son zamanlar baş verən proseslər qərarımı sürətləndirdi. Belə ki, üzvü olduğum Azərbaycan Xalq Cəbhəsi Partiyasının sıralarından çıxdığımı elan edirəm. Addımımın səbəbləri barədə hələ ki, ətraflı danışmaq fikrim yoxdu. Ümumi olaraq iki amilin məni buna vadar etdiyini deyə bilərəm. Son zamanlar aparılan siyasi istiqamət və şəxsimə qarşı gördüyüm ögey münasibət\”.

Rəşad Babalı Lent.az-a açıqlamasında bildirdi ki, partiyadan getməsinə səbəb olan ciddi şəxsi məsələlər var: \” Bu artıq hansı şəxsi məsələlərdi… Hələ ki, bunu demək istəmirəm. Yani buna indi lüzum görmürəm. Biganəlik var, vəssalam. Yəni tam açıqlaya bilmirəm. Amma söhbət elə bunların ətrafındadır\”.

İnterpress.az