Pəhriz saxlayanlar mütləq yesinbackend

Pəhriz saxlayanlar mütləq yesin

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bulqurun tərkibində B qrupu vitaminləri, fol turşusu və lif düyü və makarondan daha yüksəkdir. Qidalanmada və çəkinin idarə olunmasında bulqur əvəzedilməz qidadır.

Uzun müddət tox tutur
İlk növbədə onu bildirək ki, sağlam formada arıqlamaq üçün xüsusilə pəhriz siyahılarına bulqurun əlavə olunması məsləhətdir. Yüksək miqdarda lif ehtiva edən bulqur uzun müddət tox tutma xüsusiyyətinə malikdir. 100 qram bulqurda 8.2 qram lif olduğu halda, düyüdə bu nisbət 3.0, makarondan isə 5.2 qramdır.
Lifli qidalar xolesterolu aşağı salıcı təsiri sayəsində öd turşularının qarşısını alaraq, pəhrizdə ümumi yağ və xolesterolu tənzimləyir.

Qlisemik indeksi aşağıdır
Qlisemik indeksi aşağı olan qidalara üstünlük vermək uzun müddət şəkərli diabet, ürək xəstəlikləri və xroniki xəstəliklərin meydana gəlmə riskini azaldır. Yediyimiz qidaların qan şəkərini yüksəltmə nisbətinə qlisemik indeks deyilir. Bulqurun qlisemik indeksi aşağı olduğundan qana yavaş qarışdığı üçün tez-tez yeyilməlidir.

Həyatınız boyu qlisemik indeksi yüksək qidalardan uzaq durun. Yeməklərinizi hazırlayarkən ət, tərəvəz, quru paxlaya üstünlük verin. Qlisemik indeksi yüksək olan düyü, ağ çörək, kartof kimi qidalar əvəzinə bulqur, yarma yeməyə çalışın. (saglamolun.az)

İnterpress.az