Bakıda borclu abonentlərin işıqları kəsilirbackend

Bakıda borclu abonentlərin işıqları kəsilir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Nizami rayonunda yaşayan sakinlərin bildirdiyinə görə, ötən gün axşam saatlarındanenerji verilişinin dayandırılmasına başlanıb.

“Doğrudur, verilən qəbzin üzərində elektrik enerjisi haqqını 10 gün ərzində ödəmək tələb olunur. Amma axşam vaxtı işığımızı kəsirlər. Sabah və o biri gün şənbə-bazara düşür. Bazar ertəsi isə referendumla bağlı ölkədə qeyri-iş günüdür. Sakin ödənişi eləsə belə, onun işığını bərpa etmək mümkün olmayacaq. Heç olmasa, işığı kəsilən sakinlərin qapısını döyüb xəbərdarlıq etmək olmazdımı? İşığı həftənin əvvəlində kəsmək daha doğru olmazmı?”, – deyə sakinlər bildirdilər.

Faktla bağlı “Azərişıq” ASC-nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayevlə əlaqə saxladıq. ASC rəsmisinin sözlərinə görə, iş və ya qeyri-iş gününə düşməsindən asılı olmayaraq, hansı gün elektrik enerjisinin haqqı ödənilirsə, enerji verilişi həmin vaxtbərpa olunur:

“Biz elektrik enerjisinin verilişinidayandırmaqla bağlı gün seçmirik. Xəbərdarlıq edirik və qanun daxilində də dayandırırq. Əslində,elektrik enerjisini kəsmək bizə də rahat deyil, əlavə texnika cəlb edirik, əlavə xərc çəkirik. İstərdik ki, abonentlər vaxtında istifadə etdikləri enerjinin haqqını ödəsinlər. Amma elektrik verilişi dayandırlırsa, bizim əməkdaşlar qeyri-iş və ya bayram günlərində də onu bərpa edə bilərlər. Bu zaman əraziyə nəzarət idarələri və ya qəza xidmətinə məlumat verilməlidir”.

T.Mustafayev həmçinin bildirdi ki, əgər elektrik enerjisinin haqqı ödənməyibsə, həmin abonentlərə xəbərdarlıq edilir. Hətta elə abonentlərvar ki, onların mobil telefonuna və “WhatsApp”akkauntuna məlumat göndərilir və qapıları döyərək xəbərdarlıq edilir. (virtualaz.org)

İnterpress.az