Universitetdə ATIŞMA – 9 TƏLƏBƏ YARALANDIbackend

Universitetdə ATIŞMA – 9 TƏLƏBƏ YARALANDI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İllinoys Universitetinin yaxınlığında naməlum şəxsin açdığı atəş nəticəsində 9 nəfər xəsarət alıb.

Universitet administrasiyası tələbələrə təhlükə barədə xəbərdarlıq edib.
Hadisə yerinə polis və təcili yardım avtomobilləri gəlib.
Atəş açan şəxsin universitet kampusunu tərk etdiyi bildirilsə də, tələbələrə əraziyə yaxınlaşmamaq tövsiyə olunur.
\”Qrin-stritdən və ikinci küçədən uzaq durun\”, – deyə universitet saytında xəbərdarlıq edilir.

Bundan öncə Massaçusets ştatındakı Boston şəhərində Emerson kollecinin yerləşdiyi Tremon-Strit küçəsində Asiya və Latın Amerika əsilli iki şəxs insanlara bıçaqla hücum edib və 6 nəfəri yaralayıb.
Emerson kollecinin rəhbərliyi kollecin yataqxanasının yaxınlığında baş verən olayla bağlı tələbələrin elektron ünvanlarına xəbərdarlıq məktubu göndərib. (apa)

İnterpress.az