Qoz mürəbbəsibackend

Qoz mürəbbəsi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Tərkib:
1 kq qoz
şərbət üçün
1,5 kq şəkər tozu
1,5 stəkan su
1 az limon duzu
mixək, hil

Hazırlanması:

Tam yetişməmiş orta ölçüdə qozlar soyulub, çəngəllə deşilir. 1 saat soyuq suda saxlanır, suyu atılır.
21 gün müddətində əhəngli suda saxlanır, gündə bir neçə dəfə qarışdırılır.
21 gün sonra qozlar əhəngdən çıxarılır, bol su ilə yuyulur. Qozların yuyulduğu su durulduqdan sonra suyu süzülür.
Qaynar suda əvvəlcə 20 dəq., sonra 15 dəq. qaynadılır.
Bu üsulla qozların qaynadığı su ağarana qədər bir neçə dəfə qaynadılır.
Bu proses təxminən 7-8 dəfə təkrarlanır. Hər dəfə qaynadıqdan sonra qozlar tiyandan kəfgirlə çıxarılır, başqa qaynar suya salınır.
Sonra 1 kq qoza, 1,5 kq olmaq şərti ilə şəkər tozu şərbəti hazırlanır və qozlar 5 dəq. qaynadılıb götürülür.

İnterpress.az