MSK sədri xarici müşahidəçilərlə görüşübbackend

MSK sədri xarici müşahidəçilərlə görüşüb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Mərkəzi Seçki Komissiyası Katibliyinin Media və ictimai əlaqələr şöbəsindən İnterpress.az saytına verilən məlumata görə, Avropalı beynəlxalq müşahidəçiləri salamlayan sədr Məzahir Pənahov görüşdən məmnunluğunu ifadə edib. O, qurumlar arasındakı qarşılıqlı faydalı əməkdaşlıqdan söhbət salıb və bildirib ki, bu münasibətlər hər bir ölkədə seçki və referendum sisteminin inkişafında əvəzsiz əhəmiyyətə malikdir.

Nümayəndə heyətinin rəhbəri və üzvləri MSK sədrinə səmimi qəbula görə minnətdarlıqlarını bildirərək, ümumxalq səsverməsi (referendum) ilə əlaqədar son hazırlıqlarla maraqlanıblar. Qonaqların suallarını cavablandıran sədr Məzahir Pənahov referendumda ölkə vətəndaşlarının konstitusion hüquqlarının yüksək səviyyədə təmin olunması üçün atılmış addımları onların diqqətinə çatdırıb.

Daha sonra görüş qarşılıqlı faydalı əməkdaşlığın perspektivləri və digər maraq doğuran məsələlər ətrafında müzakirələrlə davam edib.

İnterpress.az