Ərdoğanı təhqir edən  nazir Türkiyəyədəbackend

Ərdoğanı təhqir edən nazir Türkiyəyədə

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Britaniyanın xarici işlər naziri Boris Conson Türkiyəyə səfərə gəlib.
Boris Conson Qaziantep vilayətinə gedərək, Türkiyəyə sığınan suriyalı qaçqınların qaldığı düşərgəyə baş çəkib, onların şəraiti ilə maraqlanıb.
Xatırladaq ki, Boris Conson bir müddət əvvəl yerli mediaya müsahibəsi zamanı Ərdoğan əleyhinə təhqiramiz ifadələr işlətmişdi.
Qaziantep Türkiyə-Suriya sərhəddində yerləşir. Suriyadakı silahlı münaqişədən qaçan suriyalıların bir hissəsi məhz bu bölgəyə sığınıblar. (sputnik.az)

İnterpress.az