“Günəşli”dəki yanğın söndürüldübackend

“Günəşli”dəki yanğın söndürüldü

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Məlumata görə, yanğının səhər saatlarında söndürülməsi mümkün olub.

Qeyd edək ki, Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) məlumatına görə, sentyabrın 26-da “Azneft” İB-nin “28 May” adına NQÇİ-nin “Günəşli” yatağının 19-cu özülündə 71 saylı quyuda təmir işləri aparılarkən qaz təzahürü meydana çıxıb və açıq fontana çevrilib.

Axşam saatlarında FHN və SOCAR-ın birgə nəyanatında qeyd olunub ki, saat 18:00 radələrində fontanın bağlanması ilə bağlı aparılan işlər zamanı qaz təzahürünün ani alışması nəticəsində yanğın hadisəsi baş verib. Dərhal DYMX-nin yanğınsöndürən-xilasediciləri özüldə olan 69 nəfəri “Vixr-5” yanğınsöndürmə gəmisinə təxliyyə ediblər. ( report.az )

İnterpress.az