Çayların səviyyəsi artdıbackend

Çayların səviyyəsi artdı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata əsasən xəbər verir ki, ötən günlər ərzində yağan yağışlar nəticəsində respublikanın əksər çaylarında sululuğun artımı qeydə alınıb. Hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 150-240, Kiçik Qafqazın çaylarında 160-170, Lənkəran-Astara bölgəsi çaylarında isə 30-40 faizini təşkil edir.

Tranzit çaylarda hazırki vəziyyət

Sentyabrın 27-də Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 18 sm azalma müşahidə olunub. Hazırda məntəqədə su sərfi 150 m3/s olmaqla ongünlük normanın 108 faizini təşkil edir. 2015-ci ildə isə bu rəqəm 88 m3/s olmaqla ongünlük normanın 63 faizini təşkil edib.

Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində 8 sm artım müşahidə olunub. Hazırda məntəqədə su sərfi 64 m3/s olmaqla, ongünlük normanın 67 faizini təşkil edir. 2015-ci ildə isə bu göstərici 48 m3/s təşkil edərək ongünlük normanın 50 faizinə bərabər olub.

Kür çayının aşağı axınında hazırki vəziyyət

Sentyabrın 27-də Kür çayının aşağı axınında suyun səviyyəsində artım müşahidə olunub. Belə ki, Kür çayının Surra məntəqəsində və Araz çayının Novruzlu məntəqəsində 3, Salyanda 4, Bankədə 6 sm artım qeydə alınıb.

Hazırda Surra məntəqəsində suyun səviyyəsi 471 sm (2015-ci il sentyabrın 27-də 319 sm), Salyanda 304 sm (2015-ci il sentyabrın 27-də 117 sm), Bankədə 235 sm (2015-ci il sentyabrın 27-də 157 sm), Araz çayının Novruzlu məntəqəsində isə 186 sm (2015-ci il sentyabrın 27-də 41 sm) təşkil edir.

İnterpress.az