Ermənistan rəhbərləri TƏŞVİŞDƏ – Qarabağda nə baş verir?backend

Ermənistan rəhbərləri TƏŞVİŞDƏ – Qarabağda nə baş verir?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnerpress.az-ın məlumatına görə, Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Artsrun Ovannisyan özünün Facebook səhifəsində Azərbaycanla təmas xəttində atışmanın ara-sıra davam etdiyini bildirsə də, situasiyanın təhlükəli olmadığını vurğulayıb.

\”Hazırda əməliyyat və taktiki vəziyyət sabitdir”, -deyə o bildirib. Artsrun Ovannisyan qeyd edib ki, Qarabağdakı işğalçı ordu vəziyyəti nəzarət altında saxlayır. O, medianı dezinformasiya və yoxlanılmamış məlumat yaymaqdan çəkinməyə çağırıb.

Ermənistan prezidentin sözçüsü David Babayan da mediaya Qarabağdakı vəziyyətlə bağlı açıqlama verib. O, təmas xəttində qeyri-adi heç bir şeyin baş vermədiyini bildirərək, Azərbaycan tərəfini atəşkəsi pozmaqda ittiham edib. O, Qarabağdakı erməni ordusunun vəziyyətə nəzarət etdiyini söyləməyi də unutmayıb:

Xatırladaq ki, Ermənistanın bəzi KİV-ləri və sosial şəbəkələrində yayılan məlumata görə, ötən gün Qarabağda bir neçə erməni hərbçi ağır ayaralanıb. Hələlik rəsmilər onların dəqiq sayını açıqlamasalar da, 2 əsgərin ağır durumda olduğu rəsmən etiraf olunub.

İnerpress.az