Tripolidə tankların iştirakı ilə döyüşlər gedirbackend

Tripolidə tankların iştirakı ilə döyüşlər gedir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az \”Vesti Ru\”ya istinadən xəbər verir ki, şəhərin küçələrində tanklar və silahlılara məxsus avtomobil karvanları hərəkət etməyə başlayıb.
Məlumata görə, şəhər üzərində nəzarəti ələ almaq uğrunda yerli qüvvələr və Misrata şəhərindən olan qruplaşma mübarizə aparır.

Xatırladaq ki, bu il martın 31-də baş nazir Fayez as-Saracın rəhbərliyi ilə milli razılıq hökuməti fəaliyyətə başlayıb. 2014-cü ildə seçilmiş və ölkənin şərqində hakimiyyətini qoruyan parlament hökuməti dəstəkləməyib və hökumət hələ də ölkənin bütövlüyünü bərpa edə bilməyib.

İnterpress.az