Avropaya vizasız getmək mümkün olacaqbackend

Avropaya vizasız getmək mümkün olacaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bunu Trend-ə Xarici işlər nazirinin müavini Mahmud Məmməd-Quliyev deyib: “Azərbaycan və Aİ viza rejiminin sadələşdirilməsi və readmissiya barədə iki saziş imzalayıb. Mənə məlum olduğu qədər Azərbaycan tərəfindən ciddi qayda pozuntusu qeydə alınmayıb. Ölkəmizdən Avropaya gedən miqrantların sayı azdır. Əgər hər şey yaxşı davam etsə, Aİ və Azərbaycan arasında vizasız rejimin icra olunmasının növbəti mərhələsi başlayacaq. Prosedur belədir: əvvəlcə viza rejimi sadələşdirilir, sonra tamamilə aradan qalxır”.

Nazir müavini qeyd edib ki, hazırda Azərbaycanla Aİ arasında vizasız rejim yalnız diplomatik pasport sahiblərinə şamil olunur.

İnterpress.az