“İllik büdcə vəsaitlərinin ən az 50%-i talan olunur”backend

“İllik büdcə vəsaitlərinin ən az 50%-i talan olunur”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bunu yeni Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Razi Nurullayev deyib. Sədr bildirib ki, sadə arifmatik hesablamalar aparsaq, qorxunc rəqəmlərlə üzləşirik:
“Azərbaycanın Nazirlər Kabinetinin strukturuna 20 nazirlik, 10 dövlət komitəsi, 2 dövlət administrasiyası, 6 dövlət xidməti və 8-10 arası dövlət agentliyi, mərkəzlər və digər dövlət strukturları daxildir. 20 nazirliyin hərəsi orta hesabla 70 milyon oğurlasa, 1,4 milyard manat edir. 10 dövlət komitəsi də orta hesabla 40 milyon oğurlasa 400 milyon manat, agentliklər və digər strukturlarda da toplam 300 milyon oğurluq götürək. İcra hakimiyyətləri ildə ən azı 2-5 milyon manat oğurlayırsa bu da orta hesabla 200 milyon manat. Oğurlanmış vəsaitlərin cəmi gəlib çıxır 2,3 milyarda.

Bu mənim ən sadəlövh və sadə hesablamamdır. Çünki, yerli səviyyələrdə də – hər kəs öç şəki və çapında oğurluq edir. İllik büdcə vəsaitlərinin ən az 50%- talan olunur”.

Büdcə talanın yaratdığı fəlakətə diqqət çəkən AXCP sədri qeyd edib ki, əgər büdcə vəsaitləri təyinatı üzrə və şəffaf xərclənsəydi, ölkədə nəzərdə tutulan inkişaf da gedərdi:

“Banklar quldur və talançı rolunda iştirak etməzdi. Kənd təsərrüfatı inkişaf edər, istehsalat müəssisələri yaradılar, fabrik və zavodlar açılardı. Hər kəsin başı qarışdı talamağa, biri durub həyacan təbili çalmadı ki, bu neft qumar kimi bir şeydir. Qurtarar, neft yerinə bir gün qrunt suyu çıxar və sairə.

Hakimiyyət komandasının başlanğıc üçün ən azı yarısı dəyişməlidir. Kimsə ölkənin ağır vəziyyətə düşməsinə görə axı cavab verməlidir. Növbəti seçkilər 2018-ci ildədir və hakimiyyət dəyişikliyi üçün hər şeyi edəcəyik. Ona qədər isə hakimiyyət özündə güc tapıb vacib islahatlara getməlidir. Birinci islahat elə dövlət qulluqçusu adı altında gizlənib dövlət büdcəsi – yəni xalqın pulu ilə özünə biznes quranlar, qara və çirkli pulları yuyan natəmizlərə kömək edən yüksək çinli məmurların küçəyə atılmasıdır”.

İnterpress.az