“Tırtırlı təcili tibbi yardım maşınlar rayonlara da paylanılacaq”- BAŞ HƏKİMbackend

“Tırtırlı təcili tibbi yardım maşınlar rayonlara da paylanılacaq”- BAŞ HƏKİM

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bunu İnterpress.az-a açıqlamasındaBakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının baş həkimi Rauf Nağıyev məlumat verib.

Baş həkimin əlavə edib ki, bu avtomobillər qış aylarında qarlı-buzlu yollarda xəstələrə vaxtında yardım göstərmək üçn alınb: “Stanisyanın ixtiyarına 3 ədəd tırtıllı təcili yardım maşını verilib. Avtomobillər qar örtüyü 40 santimetrdən yüksək olan yollarda hərəkət edəcək. Bu nəqliyyat vasitələrinin özəlliyi ondan ibarətdir ki, tırtıllı təkərləri ilə buzlu havada, qalın qar təbəqəsi olan yollarda rahat hərəkət edə biləcəklər. Avtomobilin xarici görünüşü digər təcili yardım maşınlarından fərqlənir: Ölçüsü kiçikdir olsada özünəməxsus özəllikləri var. Yəni, xəstəyə ilkin tibbi yardım üçün masının salonu bütün lazımi avadanlıqlarla təchiz olunub. Xüsusi sistemi var, istənilən vaxt tırtılları çıxarıb, adı təkərlər qoşmaq olar. Avtomobil Yaponiya istehsalıdır”.

R. Nağıyev əlavə edib ki, bundan əlavə Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasıyalarına hər iki oxu çəkən avtomobillər də paylanılıb: “Bu nəqliyyat maşınları dağ və dağ ətəyi zonalara – “Yeni yasamal”, “Günəşli”, “Əhmədli” istiqamətinə olan yarımstansiyalara verilib.”

Baş həkim əlavə edib ki, sözügedən tırtırlı təcili yardım maşınları yaxın gələcəkdə regionlara da paylanılması planda var.

Gülşanə Mustafayeva
İntepress.az