Mosul əməliyyatından — şad xəbərbackend

Mosul əməliyyatından — şad xəbər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, İŞİD-ə qarşı keçirilən hərbi əməliyyatlar nəticəsində gələn həftə Mosulun şərq hissəsinin tamamilə azad ediləcəyi bildirilib.

17 oktyabr tarixində başlayan əməliyyatlar nəticəsində İraq ordusunun gələn həftə artıq Mosulun şərqinə də nəzarət edəcəyi xəbəri verilib.

Ötən 45 gün ərzində baş verən hadisələrlə bağlı İraqın rəsmi televiziya kanalına açıqlama verən Nikova əməliyyatlarının komandiri general Abdulemir Reşid Yarullah bildirib ki, İraq ordusu gələn həftə Mosulun sol, yəni şərq hissəsini tamamilə təmizləyərək sağ tərəfinə qarşı əməliyyatlara başlayacaq.

General eyni zamanda bildirib ki, peşmərgə silahlıları 25 kəndi İŞİD terrorçularından təmizləyib və 500 kilometrlik bir əraziyə nəzarət edir.
Cənub cəbhəsində fəaliyyət göstərən federal polis isə 96 kənd, nahiyə və bölgə, 56 neft quyusuna nəzarəti ələ alıb və 855 kvadrat kilometrlik ərazini təmizləyib.

Mosulun qərb cəbhəsində isə Haşdi Şabi silahlıları 850 kvadrat kilometrlik ərazidə 130 kəndə nəzarəti ələ keçirib. Şiə silahlılar Taleferin 2 kilometrliyindədir. (ölkə.az)

İnterpress.az