“Trampın oğlu autizm xəstəsidir?”backend

“Trampın oğlu autizm xəstəsidir?”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az “Ria Novosti”yə istinadən xəbər verir ki, Rozi birinci ledi Trampın həyat yoldaşı Melaniyadan üzr istəyib. Belə ki, o bu günlərdə sosial şəbəkələrdə Trampın oğlu Berron haqqında məqalə dərc edib. Məqalədə o Berronun autizm xəstəliyindən əziyyət çəkdiyini qeyd edib.
“Mən Melaniya Trampdan öz ağılsız və məntiqsiz hərəkətimə görə üzr istəyirəm. Mən ona verdiyim ağrı görə narahatçılığımı bildirirəm. İnanın ki, bu yanlış bir addım idi, Melaniyanı və onun oğlunu incitmək məqsədim yox idi. Mən çox təəsüf edirəm”- deyə, Rozi bildirib.
Qeyd olunur ki, teleaparıcının sosial şəbəkələrdə sürətlə yayılmış məqaləsinə görə Berronun sağlamlığı ilə bağlı minlərlə fərziyyə və şərh irəli sürülmüşdür. Buna cavab olaraq, Melaniya Tramp vəkilə müraciət edərək saxta materialı sosial şəbəkədən yığışdırılmasına nail olub.

İnterpress.az