“Bizdə “vor zakon”lar heç burunlarını da çölə çıxara bilmir…”backend

“Bizdə “vor zakon”lar heç burunlarını da çölə çıxara bilmir…”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, bunu “Belarus 1” telekanalının efirində daxili işlər naziri İqor Şuneviç deyib.

Onun sözlərinə görə, vətəndaşlar “vor zakon” məsələsindən qayğılanmamalıdır. Çünki DİN-in mütəşəkkil cinayətkarlığa və korrupsiyaya qarşı Baş idarəsi belələrini nəzarət altında saxlayır. “Bu iş hər gün, hər yerdə kifayət qədər sərt, peşəkar formada aparılır”-nazir bildirib.

Şunaeviç qeyd edib ki, hazırda DİN-ə Belarus mənşəli 6 “vor zakon” məlumdur. Onların hamısı xaricdə titul alıblar. Belarus ərazisində heç vaxt “sxodka” keçirilməyib. Həmin “vor zakon”lardan 3-ü hazırda həbsxanadadır, ikisi xaricdədir. “Onlar heç burunlarının ucunu da burada göstərə bilmirlər”-nazir deyib. Daxili işlər nazirinin bildirdiyinə görə, 6-cı “vor zakon” Belarusun Slutsk şəhərində nəzarət altındadır.

“Prestupnoy Rossii” saytı qeyd edir ki, 2015-ci ildə Belarus türmələrində 4 “vor zakon” var iid. Lakin həmin ilin aprelində “Rövşən Lənkəranski”nin keçirdiyi “sxodka”da hamısının titulu əllərindən alınıb. (virtualaz.org)

İnterpress.az